Apr
2021
17:36
286
23
1330
Virtual karabakh

Ağdam - hər daşı tarix olan şəhər + VİDEO

7 Apr, 2021
17:36
1330

Ağdam - hər daşı tarix olan şəhər + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam - hər abidəsi, hər kəndi, hər daşı tarix olan şəhər. 

44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun zəfəri on minlərlə soydaşımız kimi Ağdam sakinlərinin də yurd həsrətinə son qoydu. 

Bu gün böyük fəxr və sevinclə Ağdama tez-tez səfər edirik. Erməni işğalçıları Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından olan Ağdamda görünməmiş vandalizm həyata keçiriblər. 

Ağdamı viran edən erməni vandalları tarixi abidələri, qəbiristanlıqları da dağıdıblar. 

Vaxtilə Azərbaycanın ən varlı rayonu olan Ağdamda indi talan edilərək dağıdılan, Qafqazın Xirosimasına çevrilən xarabalıqlar qalıb. Ancaq bütün bunlar doğma torpaqlarımıza qovuşmaq sevincinə kölgə sala bilməz. İşğaldan azad edilən Ağdam rayonu tezliklə bərpa ediləcək, yenidən qurulacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri