10 
Apr
2021
12:54
91
218
1892
Virtual karabakh

Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb: Həbs edilən var

10 Apr, 2021
12:54
1892

Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb: Həbs edilən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax rayonunda karantin rejimi qaydalarına əməl etməyən hamam aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “İsrafil Ağa” adlı hamamın sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət altı şəxsi polis şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Müştərilərdən üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri