13 
Apr
2021
23:36
197
15
1139
Virtual karabakh

Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO

13 Apr, 2021
23:36
1139

Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında avtomobil və hava nəqliyyatı, eləcə də beynəlxalq kombinə edilmiş yük daşımaları sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Həmçinin GUAM və TRASEKA kimi beynəlxalq təşkilatlar və təşəbbüslər çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri