15 
Apr
2021
20:38
213
25
1581
Virtual karabakh

Ətraf mühitin qorunması üçün çağırışlar edilib - FOTO

15 Apr, 2021
20:38
1581

Ətraf mühitin qorunması üçün çağırışlar edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 aprel - ekoloji biliklər günü ilə əlaqədar ekokönüllülər tərəfindən əhali arasında sorğu keçirilərək onların plastik tullantıların zərərləri, təkrar emala dəstək, tullantıların çeşidlənməsi, polietilen torbaların və plastik qabların alternativlərindən istifadə, suya qənaət yolları haqqında fikirləri öyrənilib.

Həmçinin onlara ekoçantalar hədiyyə edilərək ətraf mühitin qorunmasında dəstək olmağa çağırışlar edilib. 

Xatırladaq ki, hər il aprelin 15-i dünyanın bir çox ölkəsində ekoloji biliklər günü kimi qeyd olunur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün bütün ölkələrin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması, əhalidə ekoloji mədəniyyətin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri