20 
Apr
2021
11:48
69
5
866
Virtual karabakh

FHN: Doqquz nəfər xilas edilib, iki nəfər xəsarət alıb

20 Apr, 2021
11:48
866

FHN: Doqquz nəfər xilas edilib, iki nəfər xəsarət alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində doqquz nəfər xilas edilib, iki nəfər xəsarət alıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri