20 
Apr
2021
14:30
17
103
2387
Virtual karabakh

İlk dozanı Bakıda vurduran şəxs ikincini rayonda ala bilər?

20 Apr, 2021
14:30
2387

İlk dozanı Bakıda vurduran şəxs ikincini rayonda ala bilər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Koronavirus (COVID-19) əleyhinə vaksinin istər birinci, istərsə də ikinci dozasını şəxsin yaşadığı və ya qeydiyyatda olduğu yerdən asılı olmayaraq ölkə ərazisində istənilən tibb məntəqəsinə yaxınlaşmaqla vurdurmaq olar”.

Bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, yaşadığı yer üzrə tibb məntəqəsində koronavirus əleyhinə birinci doza vaksin vurduran şəxs ikinci dozanı almalı olduğu vaxtda digər rayonda olarsa, həmin vaxt olduğu yer üzrə tibb məntəqəsində ikinci doza peyvənd oluna bilər. Həmçinin ilk dozanı rayonda alan şəxs də Bakıda ikinci dozanı qəbul edə bilər. 

TƏBİB-dən bildirilib ki, bu qayda yaş kateqoriyasına aid olmayan şəxslər üçün də keçərlidir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri