20 
Apr
2021
15:33
53
145
2632
Virtual karabakh

Sudan qanunsuz istifadə aşkarlandı, iş məhkəməyə göndərildi

20 Apr, 2021
15:33
2632

Sudan qanunsuz istifadə aşkarlandı, iş məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində yerləşən 11 qeyri-yaşayış obyektinə baxış keçirilən zaman 9 qeyri-yaşayış obyektinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmasının aşkar edilməsi faktları ilə bağlı inzibati xəta haqqında işlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilərək baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq əhaliyə müraciət edərək qlobal istiləşmənin bir çox ölkələrdə yaratdığı susuzluq probleminin ölkəmizdə də baş verməsinin qarşısını almaq məqsədilə sudan qənaətlə istifadə etməyə, bunun üçün sudan sərfəli istifadə üçün nəzərdə tutulmuş müasir texnologiyaya əsaslanan avadanlıqlardan istifadə etməyə çağırır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri