22 
Apr
2021
12:18
324
7
6862
Virtual karabakh

Koronaviruslu xəstələrdən rüşvət alan daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ + VİDEO

22 Apr, 2021
12:18
6862

Koronaviruslu xəstələrdən rüşvət alan daha bir vəzifəli şəxs həbs edildi - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədovun qanunsuz olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşdan 2 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində alması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başladılan cinayət işinin araşdırılması zamanı həmin şəxsin digər qanunsuz hərəkətlərə yol verməsi faktları da müəyyən edilib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, Oruc Məmmədovun öz həqiqi təsir imkanlarından istifadə edərək koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan 4 000 manat məbləğində pul vəsaitini almasına əsaslı şübhələr yaranıb.

Qeyd olunanlarla bağlı Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd olunan cinayət işi üzrə cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun da xəstələrdən müxtəlif məbləğlərdə pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri