May
2021
19:57
213
22
4234
Virtual karabakh

Azərbaycanda üç hakimin səlahiyyətlərinə xitam verilib

Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə qurum məlumat yayıb.

İclasda bildirilib ki, fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb.

Həmin qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri