May
2021
12:09
336
10
15940
Virtual karabakh

“Eliş” ləqəbli narkotacir saxlanılıb - FOTO

8 May, 2021
12:09
15940

“Eliş” ləqəbli narkotacir saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qara bazarda qiyməti təxminən 70 000 manat olan, külli miqdarda narkotik maddə heroin və tiryək dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi üç qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 1 kq 30 qram narkotik maddə heroin və sellofan bükümdə çəkisi 609 qram narkotik vasitə tiryək aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə istifadə etdiyini və satdığını etiraf edib. E.Nəbiyev barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başladılıb, araşdırmalar davam etdirilir.

Oxu.Az-ın məlumata görə, saxlanılan şəxs Gəncədə daha çox “Eliş” ləqəbi ilə tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri