11 
May
2021
11:33
6
88
2404
Virtual karabakh

İki prospekti birləşdirən yol bağlanır

11 May, 2021
11:33
2404

İki prospekti birləşdirən yol bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.

Təmir işlərinin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur. Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri