13 
May
2021
11:38
186
15
1358
Virtual karabakh

Şəkidə avtoxuliqan saxlanıldı - FOTO/VİDEO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozaraq piyadalara və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Süleyman Zəkəriyyəyev idarə etdiyi VAZ-21014 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib.

İntizamsızlıq edən həmin sürücü Şəki ŞRPŞ-yə gətirilib və barəsində tərtib olunan inzibati protokol baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri