İyn
2021
17:30
225
19
2940
Virtual karabakh

Kəlbəcərdə minaya düşmüş şəhid jurnalistlər anılır - VİDEO

Hazırda Azərbaycan Televiziyasının binasının qarşısında həlak olan media nümayəndələrinin xatirəsi yad edilir. 

Anım mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov da iştirak edir.

“Bu gün həmkarlarımız iş başında olarkən minaya düşərək həlak olublar. Bu, Ermənistan tərəfindən bizim media nümayəndələrinə və mülki şəxslərimizə qarşı törədilən növbəti terror aktıdır.

Azərbaycan mediası olaraq bunu qətiyyətlə pisləyir və bütün beynəlxalq təşkilatları hadisəyə hüquqi qiymət verməyə çağırırıq”, - Ə.İsmayılov vurğulayıb.

Xatırladaq ki, bu gün Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Ətraflı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri