10 
İyn
2021
19:57
227
50
2420
Virtual karabakh

Emin Əmrullayev: “Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır”

10 İyn, 2021
19:57
2420

Emin Əmrullayev: “Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu günə qədər 177 935 nəfər övladlarının “Yay məktəbi”ndə oxuması üçün 253 məktəbə müraciət edib”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, say kifayət qədər böyükdür və bunun artacağı gözlənilir:

“Biz kəmiyyəti deyil, keyfiyyəti əsas tuturuq. Bu dövrdə şagirdlərin itirdikləri bilikləri müəllimlər bir qədər yaxşılaşdıra bilərlər. İstərdim ki, şagirdlər və valideynlər öyrənməyə meyl etsin. “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil.

Çalışırıq ki, uşaqları evdən çıxardıb nəsə öyrədək. Pandemiya dövründə şagirdlərdə müəyyən geriləmələr oldu. Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır. “Yay məktəb”lərinin məzmununu daha zəngin etməyə çalışırıq”.

Nazir əlavə edib ki, nazirlik tərəfindən “Yay məktəb”i ilə bağlı metodiki göstərişlər məktəblərə göndərilib:

“Bizim məqsədimiz 10 gün ərzində şagirdləri sinif otağına salıb, partada onları məcburi oturtmaq deyil. Biz istəyirik ki, sərbəst olsunlar, ünsiyyətdə olsunlar”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri