14 
İyn
2021
01:13
258
13
2872
Virtual karabakh

Daha bir güləşçimiz Polşada bürünc medal qazandı - FOTO

14 İyn, 2021
01:13
2872

Daha bir güləşçimiz Polşada bürünc medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə “Poland Open” turniri sona çatıb.

Sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.

97 kq

Təsnifat: İslam Abbasov - İbrahim Tığcı (Türkiyə) 5:1

1/4 final: İslam Abbasov - Mehdi Məhəmməd Balihamzadə (İran) 5:8

Təsəlliverici görüş: İslam Abbasov - Matias Bak (Danimarka) 7:2

Bürünc medal görüşü: İslam Abbasov - Gerard Kurniçak (Polşa) 4:0

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri