16 
İyn
2021
11:04
204
6
1965
Virtual karabakh

Aşağı Köndələnçay su anbarında tikinti işlərinin yekunlaşacağı vaxt AÇIQLANDI - FOTO

16 İyn, 2021
11:04
1965

Aşağı Köndələnçay su anbarında tikinti işlərinin yekunlaşacağı vaxt AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunmuş Füzuli rayonu ərazisindən keçən Aşağı Köndələnçay su anbarında aparılan tikinti işlərinin cari ilin sonuna yekunlaşması gözlənilir. 

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli suvarma sistemləri idarəsinin baş mühəndisi Atakişi Babayev deyib. 

O bildirib ki, 1951-ci ildə istismara verilən Köndələnçay-1 su anbarının ümumi tutumu 2,1 milyon kubmetr təşkil edir:

“1962-ci ildə isə Köndələnçay-2 su anbarı istismara verilib ki, o da 2,9 milyon kubmetr su tutumuna malikdir. 

Baxış keçirdiyimiz Aşağı Köndələnçay su anbarının ümumi tutumu 9,5 milyon kubmetrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü isə 25 metr təşkil edir. Su anbarının güzgü səthinin sahəsi 1,53 kvadrat kilometr təşkil edir”. 

A.Babayevin sözlərinə görə, 3 ədəd su anbarının qidalandırıcı mənbəyi Köndələnçaydır: 

“Aşağı Köndələnçay su anbarı isə əlavə qidalandırıcı mənbə olaraq Köndələnçaya paralel olaraq mövsümu olaraq Füzuli rayonu ərazisindən keçən Quru çayın üzərində qurulub. Burada su buraxma qabiliyyəti 20 kubmetr/saniyə olan bu hidroqovşaq inşa edilib. Bu da Aşağı Köndələnçay su anbarını qidalandırıcı mənbə kimi istifadə edilir. 3 ədəd su anbarının ümumi tutumu 15,5 milyon kubmetrdir. Bununla da 6200 hektar əkin sahəsini suvarmaq mümkündür.

Təmir-bərpa işlərinin gedişinə əngəl olan minalanmış ərazilər də tam olaraq təmizlənib. Qiymətləndirmə işləri də yekunlaşıb. Su anbarında təmir işləri cari ilin sonunadək yekunlaşdıqdan sonra tam istismara yararlı olacaq”.

Könül Cəfərli

FOTO: Ramil Yunus

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri