16 
İyn
2021
19:21
31
124
4881
Virtual karabakh

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlanıb

16 İyn, 2021
19:21
4881

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.

Bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlərdə öz əksini tapıb.

Sənəddə daha sonra deyilir:

Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda
keçirilməlidir;

Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri