24 
İyn
2021
09:24
13
141
3585
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra küçə və prospektlərdə tıxac yaranıb

24 İyn, 2021
09:24
3585

Sürücülərin NƏZƏRİNƏ: Bir sıra küçə və prospektlərdə tıxac yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı – Sumqayıt şosesində Xırdalan dairəsi istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi adlanan istiqamətinə qədər avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Sıxlıq eləcə də Tbilisi prospekti - (A.Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqaməti), Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Abbasqulu ağa Bakıxanov küçəsi (Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqaməti), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Qara Qarayev prospekti – (Qara Qarayev metro stansiyasının yaxınlığından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində), Babək prospekti üzrə Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətinə qədər olan hissədə müşahidə edilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri