İyl
2021
18:31
400
29
2105
Virtual karabakh

Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO

5 İyl, 2021
18:31
2105

Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondu tərəfindən Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq. 

Fonddan verilən məlumata görə, hazırda Bakıda emalatxanada heykəlin hazırlanma prosesi gedir.

Şuşa şəhərinin işğalı zamanı ermənilər tərəfindən dağıdılan heykəlin yerində ucaldılacaq abidə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılır.

Heykəlin üzərində işlər 18 Sentyabr - dahi bəstəkarın doğum günü və Musiqi Gününə qədər başa çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri