10 
İyl
2021
17:39
38
428
17941
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb - FOTO

10 İyl, 2021
17:39
17941

Azərbaycanda son sutkada koronavirusdan iki nəfər ölüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.

Qeyd edək ki, dünənki statistikada son sutka ərzində 174 nəfərdə koronavirusa yoluxma aşkarlanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri