23 
İyl
2021
16:20
86
15
3844
Virtual karabakh

Baş Prokurorluq: “Cari ilin birinci yarımili 44 milyon manat məbləğində əmlaka həbs qoyulub”

İyulun 23-də Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu açıqlanıb.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə vurulan maddi ziyanın müəyyən edilərək istintaq tədbirləri ilə həmin ziyanın 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.

Həmçinin, bildirilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri