24 
İyl
2021
12:34
32
154
3940
Virtual karabakh

DİN-dən İsmayıllıda qanunsuz həbs olunması iddia edilənlərlə bağlı AÇIQLAMA

24 İyl, 2021
12:34
3940

DİN-dən İsmayıllıda qanunsuz həbs olunması iddia edilənlərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonun İvanovka kənd sakinlərinin qanunsuz olaraq həbs edilməsi iddia edilib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun İvanovka kənd sakini Valentina Minnikova işlətdiyi mağazanın qarşısında həmkəndliləri – Vasiliy Kazakov, Boris və Timofey Yadıginlərin ucadan nalayiq ifadələr işlətdiklərini, ictimai qaydanı pozduqlarını bildirib, onların barələrində qanuni tədbir görülməsini xahiş edib:

“Həmin şəxslər Polis Şöbəsinə dəvət edilib, xırda xuliqanlıq hərəkətlərinə yol verdikləri üçün onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə 3 nəfərin hər biri 50 manat məbləğində cərimə olunub”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri