26 
İyl
2021
18:49
44
169
1634
Virtual karabakh

Restoranların 600-dən çox işçisinin tələblərə əməl etmədiyi müəyyən olunub

26 İyl, 2021
18:49
1634

Restoranların 600-dən çox işçisinin tələblərə əməl etmədiyi müəyyən olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aidiyyəti qurumların nümayəndələri tərəfindən bu günədək 1 100-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, növbəti monitorinqlər zamanı tədbirə qatılanların COVID-19 pasportunun olmaması, tədbir barədə məlumatların portala düzgün daxil edilməməsi, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələblərinə əməl olunmaması, toy keçirilən məkanlarda qonaqların sıxlığı və masalararası məsafənin az olması, işçi heyətinin fərdi qoruyucu vasitələrlə təmin edilməməsi və s. kimi pozuntular qeydə alınıb.

Maarifləndirmə tədbirlərinə başlandığı gündən indiyədək monitorinq aparılan şənlik mərasimlərində iştirak edən 137 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (15 min nəfərə yaxın) nöqsanlar aşkar edilib.

Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 600 nəfərdən çoxunun müvafiq tələblərə əməl etmədiyi müəyyən olunub. Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin aidiyyəti dövlət qurumlarına düzgün məlumat verməmək cəhdlərinə də rast gəlinib.

Qaydalara əsasən, 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar aradan qaldırılıb. Monitorinq qrupları nümunəvi toy mərasimi təşkil edilən məkanlarda yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Toy mərasimlərinin portala daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri