30 
İyl
2021
09:32
25
108
1694
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

30 İyl, 2021
09:32
1694

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca), 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində), Yavər Əliyev küçəsi - (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Binəqədi şosesi – (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti - əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində), Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq müşahidə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri