30 
İyl
2021
14:02
100
232
3550
Virtual karabakh

Sumqayıtı tüstüyə boğan zibil poliqonunun yandırılmasına görə 4800 manat cərimə - YENİLƏNİB

30 İyl, 2021
14:02
3550

Sumqayıtı tüstüyə boğan zibil poliqonunun yandırılmasına görə 4800 manat cərimə - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Xidmətin regional idarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib. Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.

13:16

Sumqayıt şəhərində yenidən zibil poliqonları yandırılır.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılır. 

Vətəndaşlar iddia edir ki, zibil poliqonlarında məişət tullantılarının yandırılması Sumqayıtda ilk belə hadisə deyil. Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında bildirib ki, məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib.

Onun sözlərinə görə, uzun müddətdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olduğundan yanğın baş verir:

“Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Məsələ ilə bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb və işçi qrup fəaliyyətə başlayıb. Eyni zamanda Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması, yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib. Bununla bağlı layihə müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri