Avq
2021
16:28
296
12
2644
Virtual karabakh

Türkiyədə olan Azərbaycan FHN-in qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir - VİDEO

3 Avq, 2021
16:28
2644

Türkiyədə olan Azərbaycan FHN-in qüvvələrinin fəaliyyəti yüksək qiymətləndirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Məlumat verildiyi kimi Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoyla görüşüb.

E.Mirzəyev Azərbaycan FHN-nin yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycan yanğın-xilasetmə qüvvələrinin koordinasiyasının idarə edilməsinin təşkili olduğunu vurğulayıb.

Etibar Mirzəyev Azərbaycan FHN-nin qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini E.Mirzəyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyə Respublikasında olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri