Avq
2021
15:00
37
173
1561
Virtual karabakh

Nazirlik Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırmaya başladı

5 Avq, 2021
15:00
1561

Nazirlik Bakıda ağacların kəsilməsi ilə bağlı araşdırmaya başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. 

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, aerokosmik görüntülər əsasında tikinti işləri aparılan ərazidə iki ağacın götürülərək məhv edildiyi müəyyən olunub.

“Hazırda torpaq mülkiyyətçisinin və təqsirkarların müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir”. 

Nazirlik rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri