17 
Avq
2021
14:44
450
33
10927
Virtual karabakh

Xankəndidə evini satan erməni: “Gələcəkdə burada yaşamağın necə olacağı bəlli deyil” - VİDEO

17 Avq, 2021
14:44
10927

Xankəndidə evini satan erməni: “Gələcəkdə burada yaşamağın necə olacağı bəlli deyil” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb, şəhəri tərk edirlər, çoxları isə Ermənistana geri dönür. Səbəb kimi isə Rusiya sülhməramlılarının Qarabağı gec-tez tərk edəcəkləri göstərilir. 

Baku TV-nin əməkdaşı Sevak adlı erməni ilə əlaqə saxlayaraq məlumatların həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb. 

Sevak Xankəndidə Alek Manukyan küçəsində üçotaqlı mənzilini satışa çıxarıb. Qiymət isə 60 min dollardır. Elanda bildirilir ki, mənzil əşyaları ilə birlikdə satılır. 

Elanlara yerləşdirilən təmirli mənzillər şəhərin mərkəzində yerləşsə də, qiymətdə kifayət qədər endirim olunsa da, onlara alıcı tapılmır. Məsələn, elə əlaqə saxladığımız Sevak artıq bir neçə aydır ki, mənzilini satışa çıxarıb, lakin alan yoxdur.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri