28 
Avq
2021
16:47
364
41
10185
Virtual karabakh

Bir ailənin iki vunderkind övladı - VİDEO

28 Avq, 2021
16:47
10185

Bir ailənin iki vunderkind övladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir ailənin iki fəxri, iki vunderkindi... Söhbət Şirvan şəhərində yaşayan Yusifovlar ailəsindən gedir. Daha doğrusu, sadə ailədə böyüyən istedadlı bacı-qardaşdan. 

Onların hər ikisi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir.

Əli Yusifov 2017-ci ildə qəbul imtahanlarında 690 bal toplayaraq yüksək nəticə ilə BANM-in Neft-qaz mühəndisliyi fakültəsinə daxil olub. Hazırda isə Malayziyada dövlət sifarişi əsasında təhsilini davam etdirir.

Cəmilənin də buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələr bu uğurun təsadüfi olmadığını göstərir. Qardaşının göstəricilərindən və uğurundan stimul alan Cəmilə builki qəbul imtahanlarında 685 bal toplayaraq BANM-in “İnformasiya Təhlükəsizliyi” ixtisasını seçib.

İndi təkcə bir ailənin, bir məktəbin deyil, bütün rayonun fəxri sayılan Əli və Cəmilənin uğurları valideynlərinin də sevincini birə-beş artırıb.

Bacı-qardaşın nailiyyətlərində təhsil aldıqları 1 saylı tam orta məktəbin müəllimlərinin də əməyi danılmazdır.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri