Sen
2021
09:08
128
164
19489
Virtual karabakh

Meyxanaçı Ağakərim ölüb? - AÇIQLAMA

9 Sen, 2021
09:08
19489

Meyxanaçı Ağakərim ölüb? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-a meyxanaçı Mehman Əhmədli ilə əlaqə saxlayıb.

O bildirib ki, həmkarı haqqında yayılan ölüm xəbəri yalandır:

“Belə məlumatı reytinq xətrinə kim yayırsa, çox yanlış hərəkət edir. Meyxanaçı Ağakərim sağdır, evindədir. Xəstəliyindən dolayı insanları tanımaqda bir qədər çətinlik çəkir, lakin səhhətində ağırlaşma yoxdur. Adamın ailəsi, yaxınları var. Bu cür yalan, qeyri-dəqiq məlumat yaymaq olmaz”.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri