11 
Sen
2021
14:20
160
35
2662
Virtual karabakh

Avtobusumuz xatirələrin dayanacağında saxlayacaq: Mədəniyyət TV-də növbəti yeni layihə - VİDEO

11 Sen, 2021
14:20
2662

Avtobusumuz xatirələrin dayanacağında saxlayacaq: Mədəniyyət TV-də növbəti yeni layihə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət TV-nin bu mövsüm üçün ərsəyə gətirdiyi maraqlı layihələrindən biri “Xatirə dayanacağı”dır.

Oxu.Az xəbər verir ki, verilişdə Azərbaycanın tanınmış sənət adamları, məşhur simaları ilə onlar üçün doğma olan məkanlara, əziz, unudulmaz xatirələri olan yerlərə şəhər avtobusu ilə səyahət ediləcək.

Qonaqlar həyatlarının unudulmaz xatirələri ilə dolu dayanacaqlarda düşərək həmin məkanlara yaxınlaşdıqca yaddaqalan, şirin anlarından danışacaqlar.

Ayda iki dəfə efirə gedəcək verilişin aparıcısı Emin Nəsirlidir.

Layihə rəhbəri İntizar İsmayıl, ideya müəllifi Ziya Ağa, quruluşçu rejissor Ümman Budaqov, ssenari müəllifi Sevda Hüseyndir.

“Xatirə dayanacağı”nı sentyabrın 12-də saat 18:00-da Mədəniyyət TV-ni izləməyi unutmayın!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri