15 
Sen
2021
11:22
398
21
4690
Virtual karabakh

Bakının azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüşdən FOTOREPORTAJ - YENİLƏNİB

15 Sen, 2021
11:22
4690

Bakının azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüşdən FOTOREPORTAJ - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıda birinci marşrut üzrə yürüş yekunlaşıb.

Yürüş iştirakçıları Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur istiqamətində hərəkət ediblər.

09:47

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakıdakı Türk Şəhidləri abidəsi ziyarət edilir. 

Oxu.Az-ın məlumatına əsasən, ziyarətdən sonra yürüş planlaşdırılır. 

Yürüşün marşrutu Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önündən “İçərişəhər” metrosu, İqtisadiyyat Universitetinin binası – Qala Qapısı, “AzNeft” dairəsi – Bəhram Gur heykəli olacaq.

Yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfərlik şəxsi heyəti və hərbi orkestr də iştirak edir. 

Xatırladaq ki, Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 103 il ötür.
103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazırlar.

Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu.

Osmanlı qoşunları bu döyüşlərdə 1130 şəhid verib.

Bu şərəfli və tarixi gün heç zaman azərbaycanlıların xatirindən çıxmayacaq, bu qəhrəmanlıq və qardaşlıq dastanı Azərbaycan xalqı nəsillərdən-nəsillərə ötürəcək.

Qəhrəmanlıq dastanının məntiqi davamı 2020-ci ilin sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi idi. Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdi. Azərbaycana isə Türkiyə siyasi və mənəvi dəstək verdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdilər.

Bu gün əminliklə deyə bilərik ki, istər 1918-ci ildə, istər Birinci Qarabağ müharibəsində, istərsə də ondan sonra şəhid olanların hamısının intiqamı alınıb.

Aqşin Kərimov
FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri