15 
Sen
2021
16:42
33
148
5721
Virtual karabakh

Sabah Bakıda bəzi yollar bağlı olacaq - Yol polisindən XƏBƏRDARLIQ

15 Sen, 2021
16:42
5721

Sabah Bakıda bəzi yollar bağlı olacaq - Yol polisindən XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi “Qarabağ”ın Bakıda İsveçrə “Bazel”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarədən verilən məlumata görə, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı “ASAN xidmət”in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar.

“Sürücülərdən xahiş olunur ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.

Eyni zamanda pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərinə də əməl etmələri xahiş edilir.

Sürücülərimizdən və vətəndaşlarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”, - deyə müraciətdə qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri