15 
Sen
2021
17:58
399
26
1319
Virtual karabakh

Şirvan sakini kukla teatrı açmaq arzusundadır - VİDEO

Şirvan şəhər sakini müxtəlif tullantı materiallarından istifadə edərək milli cizgi filmi personajları hazırlayır.

Baku TV xəbər verir ki, Mahir Əhmədovun ən böyük arzusu öz rayonlarında kukla teatrı yaratmaqdır.

İncəsənət Universitetini bitirən Mahir Əhmədov bir müddət başqa sahədə çalışıb. Daha sonra cizgi filmi personajlarına olan marağı onu digər işlərdən ayırıb. O, kuklaların hazırlanmasında müxtəlif tullantı materiallarından istifadə edir. Bu işi böyük sevgi və zəhmətlə ərsəyə gətirən müsahibimiz Mədəniyyət Nazirliyinə də müraciət edib.

Mahir Əhmədov arzularını gerçəkləşdirə bilsə, ilk olaraq “Tıq-tıq xanımın nağılı” tamaşası ilə uşaqları sevindirəcək.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri