15 
Sen
2021
19:04
515
20
2694
Virtual karabakh

Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verildi - FOTO/VİDEO

15 Sen, 2021
19:04
2694

Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq istifadəyə verildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə ehsan bulağının açılışı olub.

Oxu.Az-ın məlumatına görə, 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Ələkbərov 2016-ci ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olub.

O, 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan əks hücum əməliyyatları - Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib.

Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

Rəşad Ələkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri