17 
Sen
2021
10:54
231
21
2129
Virtual karabakh

Marixuana satan Füzuli sakinləri saxlanıldı - FOTO

17 Sen, 2021
10:54
2129

Marixuana satan Füzuli sakinləri saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıblar.

V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılan, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılan marixuana aşkar edilərək götürülüb.

Onların narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri