17 
Sen
2021
10:38
39
141
4029
Virtual karabakh

DYP-dən mikroavtobus və taksi sürücülərinə XƏBƏRDARLIQ

17 Sen, 2021
10:38
4029

DYP-dən mikroavtobus və taksi sürücülərinə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edir.

İdarədən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftə sonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar. 

Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün zəruri işlərini həftə sonlarına saxlamasınlar.

Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri