17 
Sen
2021
11:54
20
103
2565
Virtual karabakh

“İki” alan tələbələrin pandemiyada əlaçı olması iddiasına nazirlikdən REAKSİYA

17 Sen, 2021
11:54
2565

“İki” alan tələbələrin pandemiyada əlaçı olması iddiasına nazirlikdən REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi 2-3 qiymət alan tələbələrin pandemiya dövründə əlaçı qiyməti alması ilə bağlı iddiaya münasibət bildirib. 

Oxu.Az-ın məlumatına görə, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə bununla bağlı deyib:

"2-3 adama baxıb toplum haqqında fikir yürüdə bilmərəm. Bizim əlimizdə hansısa ciddi faktlar yoxdur ki, 2-3 alan tələbələrin böyük hissəsi pandemiya vaxtı əlaçı olublar. Ola bilsin ki, qiymətlərdə hansısa dəyişiklik olub, bu dəyişikliyin mahiyyəti vəziyyətlə əlaqədar tələbələrə olan güzəştlərlə bağlıdır. Biz problemləri görməliyik, analiz etməliyik, çıxış yolları göstərməliyik”.

“Müxtəlif dövlət qurumları da müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik”- deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri