17 
Sen
2021
18:01
11
428
4669
Virtual karabakh

İstirahət mərkəzində zubra işgəncə verilir? - AÇIQLAMA + FOTO

17 Sen, 2021
18:01
4669

İstirahət mərkəzində zubra işgəncə verilir? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altıağac Milli Parkında Cənnət Bağı istirahət mərkəzində saxlanılan zubra işgəncə verilməsi ilə bağlı məlumatlar yayılıb.

İddia olunub ki, zubrun qəfəsdə saxlanılması üçün heç bir şərait yoxdur.

Altıağac Milli Parkında Cənnət Bağı istirahət mərkəzinin direktoru Anar Rüstəmov Oxu.Az-a açıqlamasında bildirib ki, heyvanxanada zubrlar şəraitsiz vəziyyətdə saxlanılmır:

“Mərkəzdə üç zubr (bizon) saxlanılır. Rusiyanın Altay vilayətindən baha qiymətə alıb, gətirmişik. Gətirildiyi il elə heyvanxanamızda bala verib. Kim istəsə istənilən vaxt istirahət mərkəzinin ərazisindəki zooparka daxil ola buradakı heyvanların saxlanma şəraiti ilə maraqlana bilər. Yəni yayılan məlumatlar doğu deyil”.

O qeyd edib ki, zubrlar yonca və üyüdülmüş arpa ilə gündə üç dəfə yemlənir.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri