22 
Sen
2021
23:42
274
46
2365
Virtual karabakh

ASAN Xidmət Türkiyə şirkətilə birgə araşdırma mərkəzi yaradacaq - VİDEO

22 Sen, 2021
23:42
2365

ASAN Xidmət Türkiyə şirkətilə birgə araşdırma mərkəzi yaradacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Haber Global”a müsahibə verib.

O, bildirib ki, ASAN Xidmət Türkiyənin Texnologiya Fondu ilə saziş imzalayıb.

“Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq”, - deyə agentlik rəhbəri bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan gəncləri həmin mərkəzdə öz proqramlarının yazılması, dronlarının hazırlanması, digər texnoloji təlimlərə cəlb olunacaqlar. Bu da onların gələcəkdə həmin sahədə peşkar biliklərə yiyələnməsinə səbəb olacaq.

Həmçinin, Ü.Mehdiyev Dövlət Agentliyi ilə “Baykar Makina” şirkəti arasında imzalanan əməkdaşlıq protokolu barədə də danışıb.

“ASAN Xidmət həmin şirkətlə birgə innovasiya, araşdırma, resurs mərkəzi yaradacaq. Orada tədqiqat və araşdırmalar aparılacaq. Hər iki saziş bizim üçün dəyərli və qiymətlidir. Biz qısa müddətdə türk həmkarlarımızla, qardaşlarımızla birgə müasir innovasiyalı araşdırma mərkəzini qurmağı nəzərdə tuturuq”, - deyə qurum rəhbəri bildirib.

O, “Teknofest” festivalının Bakıda keçiriləcəyini də vurğulayıb.

“Bizim nazirliklə Türkiyənin müvafiq nazirliyi arasında danışıqlar gedir. Bakıda belə bir festivalın keçirilməsini planlaşdırırıq. İnanırıq ki, bir millət iki dövlət olaraq, bu sahədə də önəmli addımlar atacağıq”, - deyə Ü.Mehdiyev əlavə edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri