27 
Sen
2021
10:08
16
298
1887
Virtual karabakh

Bakıda qapaqsız quyu yol qəzasına səbəb oldu - FOTO/VİDEO

27 Sen, 2021
10:08
1887

Bakıda qapaqsız quyu yol qəzasına səbəb oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda avtoqəza baş verib.

Hadisə Biləcəri qəsəbəsində, Rəşid İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini Əhməd Ağaverdi oğlu Əhmədovun idarə etdiyi “Ford” markalı avtomobil Biləcəri dairəsindən köməkçi yolla Xırdalan istiqamətində hərəkətdə olan zaman yolda açıq vəziyyətdə olan kanalizasiya quyusunun üzərindən keçib.

Nəticədə avtomobil qəzaya uğrayaraq təxminən 50 metr qarşıda yol kənarındakı səkiyə dəyərək dayanıb. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. Qəza yerinə çağırılan təcili tibbi yardım briqadası sürücüyə ambulator yardım göstərib.

Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

Mənbə: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri