27 
Sen
2021
20:21
615
10
4901
Virtual karabakh

Xüsusi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşüb – FOTO/VİDEO

27 Sen, 2021
20:21
4901

Xüsusi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşüb – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsusi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb. Anım mərasimində Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri