27 
Sen
2021
20:26
525
11
1776
Virtual karabakh

Kanadadakı Azərbaycan dili sinfində Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

27 Sen, 2021
20:26
1776

Kanadadakı Azərbaycan dili sinfində Anım Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toronto şəhər təhsil müəssisəsinin xarici dillər bölməsinin Azərbaycan dili – Ana dili sinfinin növbəti dərsinin mövzusu 27 sentyabr – Anım Gününə həsr olunub.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan dərsdə sinif rəhbəri Yeganə Cəfərova şagirdlərə Vətən müharibəsi barədə ətraflı məlumat verib.

Qeyd edib ki, qəhrəman və yenilməz ordumuzun qələbə əzmi nəticəsində tarixi torpaqlarımız Ermənistanın işğalından azad edilib. “Şəhidlər ölməzdir, onlar daim bizim qəlbimizdə yaşayacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin!”, - deyə sinif rəhbəri bildirib.

Sonra şəhidlərimizin xatirələrini əks etdirən video-çarx nümayiş olunub, şagirdlər şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər, "Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu!" mövzusunda inşa yazılarını təqdim ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri