13 
Okt
2021
11:32
5
92
849
Virtual karabakh

Şabranda ev yandı: Bir nəfər xəsarət aldı

13 Okt, 2021
11:32
849

Şabranda ev yandı: Bir nəfər xəsarət aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli dörd otaq və aynabənddən ibarət evin bir otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri