16 
Okt
2021
15:28
242
16
1373
Virtual karabakh

Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün işlərə başlanılıb

16 Okt, 2021
15:28
1373

Oxçuçayın çirkləndirilməsinin qarşısını almaq üçün işlərə başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlayıb”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçib gələn dörd çayımız var:

“Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir. Bu çayların içərisində çirklənməsinə görə kritik vəziyyətdə olan Oxçuçaydır. ETSN və digər aidiyyəti qurumlar Ermənistanın çayı çirkləndirməsini azaltması ilə bağlı işlərə başlayıb”.

“Çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir. Çünki ora qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri