19 
Okt
2021
12:38
34
601
8218
Virtual karabakh

Metroda gedişhaqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

19 Okt, 2021
12:38
8218

Metroda gedişhaqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni” QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.

Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur:

“Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. “Bakı Metropoliteni” gedişhaqlarını tənzimləmək səlahiyyətinə malik deyil. “Bakı Metropoliteni” isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib”.

Qeyd edək ki, sonuncu dəfə “Bakı Metropoliteni“ndə gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri