20 
Okt
2021
13:35
204
54
2490
Virtual karabakh

Balaş Qasımovun doğum günüdür - VİDEO

20 Okt, 2021
13:35
2490

Balaş Qasımovun doğum günüdür - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İctimai Televiziyanın baş direktoru Balaş Qasımovun (Balakişi Qasımov) 43 yaşı tamam olur.

Balaş Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.

Bakı şəhər 1 saylı orta məktəbi və Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

“Nə? Harada? Nə zaman?” elitar klubunun oyunçusu, Azərbaycanda “Nə? Harada? Nə zaman?” oyununun aparıcısı və baş prodüseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

2004-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu adını qazanıb.

“Nə? Harada? Nə zaman?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə və 2002-ci ildə Breyn Rinq üzrə Azərbaycan çempionu, Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Beynəlxalq “Nə? Harada? Nə zaman?” Klubları Assosiasiyası tərəfindən 2010-cu ildə “İlin adamı” seçilib.

2010-cu ilin yekunlarına əsasən, “Büllur bayquş” , “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” mükafatlarına layiq görülüb.

2017-ci ildə “Nə? Harada? Nə zaman?” hərəkatının inkişafında verdiyi töhfəyə görə Vladimir Voroşilov adına mükafatın laureatı olub.

2018-ci ilin may ayından İctimai Televiziyanın baş direktorudur.

2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Oxu.Az komandası olaraq Balaş Qasımovu təbrik edir, fəaliyyətində uğurlar arzu edirik!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri