25 
Okt
2021
18:28
290
7
2264
Virtual karabakh

Vətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEO

25 Okt, 2021
18:28
2264

Vətən müharibəsində evinə raket düşən Bərdə sakini üçün yenisi tikilib – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi zamanı döyüş meydanında uduzduğunu anlayaraq qaçan erməni silahlı dəstələri cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın digər şəhər və rayonlarında dinc əhalini və mülki obyektləri ağır artilleriya qurğularından və ballistik raketlərlərdən istifadə etməklə insanlıq əleyhinə cinayətlər törətdi.

“Report” xəbər verir ki, Erməni silahlı dəstələrinin Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə və mülki obyektlərə qarşı həyata keçirdiyi terrorlar zamanı günahsız şəxslər dünyasını dəyişdi, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı ziyanlar dəydi.

Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının üzvləri tərəfindən Bərdədə raket zərbəsindən ziyan çəkən ev və obyektlərin qiymətləndirilməsi aparılıb. Hazırda qeydiyyata alınan ev və iaşə obyektləri yenidən qurularaq vətəndaşlara verilir. Vətən müharibəsi zamanı evinə ağır dağıdıcı zərbəyə malik raket düşən Bərdə rayon Zümürxan kənd sakini Xalid Əliyevin də evi yenidən tikilib.

Ev sahibi X.Əliyev bildirib ki, hadisə zamanı xəsarət alan olmasa da, ev tamamilə yararsız hala düşüb: "Oktyabrın 8-də evimə erməni ordusu tərəfindən atılan raket düşdü. Evim tamamilə yararsız vəziyyətə düşdü. Uşaqlar, ailəm evdəydi, lakin bizə heç nə olmadı, salamat qurtardıq. Sonra bizim evimizə baxış keçirdilər. Sağ olsun Ali Baş Komandanımız, həmişə xalqın yanındadır. Bizə yeni ev tikdilər. Öz evimdən də müasir tipli, geniş, yaraşıqlı ev tikib verdilər. Hazırda biz yeni tikilən evdə yaşayırıq".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Bərdə şəhərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi və 2 qeyri-yaşayış obyekti dağıdılmış, 240-dan çox yaşayış evi və tikiliyə zərər dəymişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 215 tikili təmir-bərpa olunub, 5 yaşayış evi və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib. Hazırda 28 tikilinin təmir-bərpası gedir və 1 sahibkarlıq obyektinin tikintisi bitmək üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşdırılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri