26 
Okt
2021
14:12
588
17
2749
Virtual karabakh

Bu gün şəhid Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir - FOTO

26 Okt, 2021
14:12
2749

Bu gün şəhid Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Ağamid Ağacəfərlinin şəhadətindən bir il keçir.

Oxu.Az xəbər verir ki, Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci il yanvarın 23-də Lerik şəhərində anadan olub. Orta təhsilini Azərbaycanın Milli Qəhrəmanı şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb.

2013-cü ilin yanvar ayında Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan A.Ağacəfərli Tərtər rayonunun N saylı hərbi hissəsinə göndərilib. Xidmətdə olduğu dövrdə kəşfiyyatçı kimi hazırlıq keçib.

2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdan A.Ağacəfərli Vətən müharibəsində də iştirak edib.

30 sentyabr tarixində könüllü olaraq Lerik Rayon Hərbi Komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibəyə yollanan qəhrəmanımız verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib.

Füzulinin, Qubadlının işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə silah yoldaşları ilə birlikdə qəhrəmancasına vuruşan A.Ağacəfərli 26 oktyabr 2020-ci il tarixində Qubadlı istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Lerik rayonunda, babasının məzarının yanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri