28 
Okt
2021
18:00
9
368
8254
Virtual karabakh

Gəncədə ata və övladlarının ölümünə səbəb olan hadisə necə baş verib? - TƏFƏRRÜATI + VİDEO

Gəncənin Kəpəz rayonununda fərdi yaşayış evində baş verən və bir ailənin üç üzvünün ölümünə səbəb olan dəhşətli yanğın hadisəsinin bəzi detalları məlum olub.

Hadisə bu gün səhər saatlarında “Natavan-2” qəsəbəsində fərdi yaşayış evində baş verib. Hadisə zamanı evdə olan 31 yaşlı Bahəddin Məmmədov və onun övladları - 14 yaşlı Turqay Məmmədov və 9 yaşlı Mələk Məmmədova yanaraq dünyasını dəyişib. 

İlkin ehtimallara görə, hadisə evi isitmək üçün elektrik sobasından istifadə edilən zaman elektrik xətlərində yaranan qısaqapanmadan baş verib. Dünyasını dəyişən Bahəddin Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir. Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri